Salam. Mən Murad Məmmdov.

- 15 yaşıma qədər gəzə bilməmişəm. On beş yaşımda heç bir tibbi müdaxilə olmadan qoltuq ağaclarının köməkliyi ilə gəzməyə başlamışam.
- 26 Yaşımda heç orta məktəb atestatım olmadan bankların birində işləməyə başlamışam.
- 27 Yaşımda 1-ci sinif təhsilim olmadan yazdığım “Uğurun Xəritəsi” kitabım işıq üzü görüb.
- 29 Yaşımda biznes təcrübəm olmadan illik 35.000 azn dövriyyəsi olan kiçik biznes qurmuşam.
- 30 yaşımda dözülməz xroniki depressiyadan əziyyət çəkdiyimin fərqinə varmışam.
- Bu psixoloji ağrı artıq dözülməz hala gəlmişdi. Və bir gün bu hal məni işləməyə, münasibət qurmağa, məqsədlərimə doğru irəliləməyə, bir sözlə, bütün həyatıma mane olacaq dərəcədə incitməyə başladıqda mən psixoloji transformasiya (dəyişim) yaşadım. Bu dəyişim prosesi 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayına qədər, 2 il davam etdi. Mən bu prosesə “aydınlıq mərhələsi“nə aparan yol adı verdim. Tədricən baş verən dəyişimi bədənimdə görməkdən tutmuş beynimdəki neyronlara qədər hiss edirdim.
Nəhayət 32 yaşımda, may ayında bu böyük həcimli dəyişim yavaşlamağa başladı, mən böyük bir aydınlıq mərhələsinə keçdim. Artıq mənim dünyaya və özümə olan yanaşmam köklü şəkildə fərqlidir. Yeni mərhələ mənə rahat və arzuladığım kimi yaşamağa imkan verir.
İndi mən hətta aydınlanma mərhələsindən – Ustalaşmaq mərhələsinə doğru yola çıxmışam.
Bu yoldakı missiyam isə şəxsi inkişaf koçluq seansları ilə həll yolları tapmaq istəyən və həyatını asanlaşdıraraq istədiyi kimi yaşamaq istəyən digər insanlara dəstək olmaqdır.
Yaşam kouçuna hansı hallarda müraciət etmək olar ?
Kouç xidməti şəxsə aşağıdakı hallarda lazım ola bilir:
- 1. Mövcud işindən narazılıq və ya inkişafı təmin etmədiyini hiss edirsə
- 2. Qərar qəbul etməkdə çətinlik çəkirsə və bu narahatlığa səbəb olursa
- 3. Həyatda aydın məqsəd və ya istiqamətin olmamasını hiss edirsə
- 4. Münasibət problemləri: Başqaları ilə münasibət qurmaqda və münasibəti idarə etməkdə çətinlik çəkirsə
- 5. Şəxsi inkişaf və ustalaşmaq arzusu varsa
Bu hallardan biri və ya bir neçəsi səndə də varsa və bunun üçün sizə kouç dəstəyi lazım olduğunu düşünürsünüzsə sizə süprizim var.
Yuxarıda oxuduğun məlumatlardan sonra peşəkar dəstəyə ehtiyacın olduğunu düşünürsənsə, tanışlıq və mövzunuzun müzakirəsi məqsədilə mənimlə təxminən yarım saatlıq ödənişsiz onlayn görüş üçün aşağıdakı müraciət formasını doldura bilərsən.
Bu onlayn görüşdən sonra, koçluq dəstəyi xidməti alıb-almayacağınıza qərar verə bilərsiniz.
Your message has been sent
Müraciətdən öncə ehtiyac duysanız haqqımda daha çox məlumatı sosial şəbəkə hesablarımdan əldə edə bilərsiniz: İnstagram hesabım. / Facebook hesabım. / Tik-Tok hesabım.