Məktəbdə bizə bu bacarıqları öyrətsəydilər indi ya alim ya da naziriydik.
Mən bu məlumatları öyrənmək üçün 3 il və 2.000 AZN pul xərcləmişəm.

Bu məqalə milyonlarla insanın istəyib amma bacarmadığı düşüncələrin idarə olunması üçün lazım olan 3 əsas bacarıq haqqındadır.
2021-ci ildə mən bu bacarıqların axtarışına çıxdım.
Çünki bilirdim ki, depressiyadan çıxmaq üçün, avtomobil almaq üçün, bir sözlə orta statistik bir insan həyatından çıxmaq üçün mənə düşüncələrimi idarə etmək lazımdır. Düşüncələrimi idarə etmək üçün isə birinci bu bacarıqları tapıb öyrənməliyəm, mənimsəməliyəm. Söhbəti çox uzatmadan asta-asta keçirəm əsas məsələyə.
Qeyd etmək istəyirəm ki, yalnız məqaləni sona qədər oxuyanlar üçün əlavə süpriz hədiyyə olacaq 🎁

Düşüncələri idarə etmək üçün 3 əsas bacarıq:
1-ci Bacarıq: Neytrallıq
Hər birimiz gün ərzində minlərlə hadisənin ya şahidi ya da içində oluruq. Məsələn küçədə insanların biri-birinə qarşı olan münasibəti, iş yoldaşlarımızla olan dialoqlarımız, valideynlərimizlə yaşadıqlarımız, mağazada etdiyimiz alış veriş, bunların hamısı bir hadisədir. Hətta ağlımızdan keçən düşüncələr özü də hadisə sayılır.
Biz düşüncələrimizi idarə edə bilmək üçün ilk növbədə dincliyə, sakitliyə ehtiyacımız var. Reallıq isə budur ki, insanların əksəriyyəti ətrafda baş verən və ya şəxsi həyatında yaşadığı hadisələri geridə qoyub, neytrallaşdıra bilmir. Kimsə bütün günü cəmiyyətdəki problemlərə görə narahat olub aqressivləşir, kimsə uşaqlıqda yaşadığı hadisələrə, kimsə sevgilisindən və ya həyat yoldaşından ayrılmağı qəbul edə bilmir və bunu bədbəxtlik adlandırır, kimisi də özündə olan fiziki fərqliliyi fərqliliyə biganə qala bilmir.
Sizcə bu qədər hadisəyə enerji xərcləyən, əsəbləşən, neytrallaşdırmağı bacarmayan adam düşüncələrini idarə edə bilərmi ? Əlbəttə yox.
Mən bu 1-ci bacarığı mənimsəyib həyatımda tətbiq edəndən sonra gördüyüm faydadan az qala şoka düşdüm. Neytrallığı öyrənəndən sonra illərdir şikayətləndiyim məsələlər geridə qalmağa başladı, öz işlərimə daha rahat fokuslana bildim, mənə aid olmayan şeylərə enerji xərcləmədim. Həmən dövürlərdə əl işi aksesuar hazırlamaqla məşğuluydum deyə daha çox aksesuar hazırlamağa və daha çox satış etməyə enerjim çatdı. Nəticədə avtomobil almaq üçün lazım olan vəsaiti daha rahat yığmağa başladım.
Beləliklər Düşüncələrimizi idarə etmək üçün 1-ci Bacarıq: Neytrallıq.

2-ci Bacarıq: Mübarizə aparmadan etmək
Yəqin uşaqlıqda çoxunuzda bu olub, hansısa söyüş öyrəndiyimiz zaman ya da “pis” söz hesab etdiyimiz bir şeyi yaddan çıxarmaq istədiyimiz zaman əksinə o bizim beynimizi daha çox məşğul edirdi.
Əslində bu normaldır. Çünki biz “ağ meymunu” unutmaq üçün nəyi unutmalı olduğumuzu, yəni ağ meymunu həm də yadımızda saxlamalıyıq. Ona görə də bu üsul işləmir. Biz düşüncələri idarə etmək üçün onlar ilə mübarizə aparmamalıyıq. Əgər biz bütün günü düşüncələrimizi idarə etməli olduğumuzu düşünsək, cümlədən də göründüyü kimi yenidən idarə etməkdə çətinlik çəkəcəyimiz bir düşüncələrə qərq olacağıq.
Bir insanın ağlına gün ərzində ortalama 60 – 70 000 ( almış – yetmiş min) düşüncə gəlir. Beynimizin təbiəti üçün bu normaldır. Lakin onları idarə etmək üçün mübarizə üsulunu seçsək biz tükənərik.
Əvvəllər mən də düşüncələrimi mübarizə aparmadan idarə etmək texnikalarını bilmiridm. Buna görə də vaxtımın çoxu düşüncələr və onlarla mübarizəyə gedirdi. Məqsədlərim üçün görməli olduğum işlərə daha az zaman qalırdı. Lakin düşüncələrimi daha yumuşaq texnikalar ilə idarə etməyi öyrənəndən sonra onlarla mübarizə aparmadan, yarıda dayandırıb öz işlərimi görməyə başlayıram. Bu üsul ilə mən avtomobil almaq məqsədimə doğru daha effektiv irəliləməyə başladım.
Beləliklə 2-ci bacarıq düşüncələrimizlə mübarizə aparmadan idarə etmək texnikalarını bilmək.


Düşüncələrin idarə olunması onlayn təlimi
Düşüncələrin həyatına təsirini azalt və ilk gündən həyatdan daha çox zövq al.
3-cü Bacarıq: Nə istədiyini dəqiq bilmək.
Əksər insan elə bilir ki, nə istədiyini çox dəqiq bilir. Lakin sizi məyus edəcəm, amma bu belə deyil. Əgər siz əsəbləşəndə siqaret ya da şirniyyat istədiyinizi düşünürsünüzsə yanılırsınız. Siz həmən an əsəb, narahatlıq duyğularını yaşamamaq və onlardan qaçmaq istəyirsiniz. Sadəcə qaçış yolunu siqaretdə, şirniyyatda və digər şeylərdə görürsünüz. Yəni sizin həmən an başqa seçimləriniz olsa siz heç siqaret və şirniyyatı seçməyəcəksiniz böyük ehtimalla.
Düşüncələrini idarə etmək üçün nə istədiyini dəqiq bilmək ona görə vacibdir ki, sonradan bizə aid və lazım olmayan düşüncələr ağlımıza gələndə, biz onları rahatlıqla əhəmiyyətsiz hesab edə biləcəyik, düşünməyə davam etməyəcəyik. Öz istəklərimizlə müqayisə edib bizə aid düşüncə olmadığını rahatlıqla ifşa edəcəyik. 32 yaşımda öz müəllimim mənə “nə istədiyini dəqiq bilmək” texnikasını öyrətdi, mən bu bacarığa yiyələndən sonra istəklərimi və ehtiyaclarımı 32 il ərzində heç olmadığı qədər çılpaq (dəqiq) görməyə və bilməyə başladım.
Həmən dövürdə artıq avtomobil məqsədimə 1 il idi çatmışdım. Lakin bu texnika mənə düşüncələrimi idarə etməkdə o qədər kömək oldu ki, mən artıq mənə aid olmayan düşüncə və istəkləri çox dəqiq görməyə başladığım üçün, aksesuar hazırlamaq biznesimi satdım. Təlimçilik və koçluq peşəmi daha profesional səviyyədə davam etmək qərarı aldım.

Bu məqaləni sona qədər oxuduğun üçün sənə hədiyyəm var 🎁
Əgər yuxarıda sadaladığım hər 3 bacarığı cəmi 4 günə mənim köməkliyim və dəstəyim ilə öyrənmək və təcrübədə tətbiq etmək istəyirsənsə, səni 1 mart tarixində başlayacaq “Aydınlanma Mərhələsi” adlı onlayn təlimimə dəvət edirəm! Və ən əsası qatılmağın üçün sənə 20 azn endirim kuponu hədiyyə edirəm.
( Endirimdən istifadə etmək üçün qeydiyyat zamanı “3 barier” açar sözünü yazarsınız)
Hədiyyəni götür 🤩 ( 5 gün ərzində keçərlidir)
