Başqaların ehtiyaclarını qarşılamağın sonu gəldi. İNDİ NÖVBƏ ÖZÜNÜNDÜR!
Daim müxtəlif tələblər və məsuliyyətlərlə yükləndiyimiz bu dünyamızda özümüzlə və həqiqi istəklərimizlə əlaqəni itirmək çox asandır. Çox vaxt bizim üçün vacib və həqiqətən ehtiyacımız olan şeyləri bir çox xarici təsirlər və gözləntilərlə qarışdırırıq. Ancaq yüksək rifahımız və özümüzü gümrah hiss etməyimizin əsasını ehtiyaclarımızı dərk etmək və qarşılamaq təşkil edir.
Təsadüfi deyil ki, ətrafda gördüyümüz məmnun insanlar ehtiyacları qarşılandığı üçün belə gümrah görəsnirlər.
Ehtiyaclarımızı aşkar etmək həqiqi özünü dərk etmək üçün də açardır. Bizim üçün nəyin vacib olduğunu başa düşdükdə, əsl ehtiyaclarımızı tam olaraq nələrin və kimlərin ödəyə biləcəyni görməyə başlayırıq. Bu proses bizə daha şüurlu qərarlar qəbul etməyə və daha məmnun həyat qurmağa imkan verir.
Ehtiyaclarımızı necə müəyyənləşdirək ? – Ətraflı izah
Bunun üçün bizim kompasımız var və bu kompas “Dəyərlər” adlanır. Bizim həqiqətən nəyə ehtiyacımız olduğunu nəyə dəyər verdiyimiz göstərir. Çünki biz bir şeyə dəyər veririksə deməli o şeyə ehtiyacımız var ki, ona dəyər veririk. Əks təqdirdə biz nə üçün ona dəyər verək axı ? Məsələn əyər siz kinoteatrda yayımlanan filmlər içərisində komediaya yox daha çox düşündürücü, şəxsi inkişafla bağlı fimlərə bilet alırsınızsa, deməli sizin gülməkdən çox düşünməyə və inkişaf etməyə ehtiyacınız var ki, o filmə dəyər verib gedirsiniz.
Və biz dəyərlərimizə baxdıqda, əsil ehtiyaclarımız və istəklərimiz üzə çıxmağa, parlamağa başlayırlar.
Ehtiyaclar = Dəyərlər
Bəli bizim ehtiyaclarımız bizim dəyər verdiyimiz şeylərdir. Bu o deməkdir ki, biz ehtiyaclarımızı bilmək üçün öz dəyərlərimizi bilməliyik. Lakin burada bir çox insan özü də bilmədən kollektiv şüurun tələsinə düşür. Əksər insanlar dəyərləri “pinsip” və “inanclar” ilə qarışdırırlar. Nəticədə kimlərinsə yüklədiyi inancı insan öz dəyəri, öz ehtiyacı zənn edir. Bunu haradan bilirik ? Axı dəyərlər bizim həm də ehtiyaclarımızdır. Bu həm də o deməkdir ki bizim ehtiyacımız qarşılanırsa biz məmnun və rahat yaşamalıyıq. Lakin biz çox sayda prinsip və inanclara dəyər kimi yanaşan insanlarda bu rahatlıq və xoşbəxtliyi görə bilmirik. Demək ki, özünün əsil dəyərləri deyil və hərə də bundan xəbəri yoxdur.
Dəyrləri müəyyənləşdirmək
Əgər sən də cəmi 30 dəqiqəlik bir videoda izah edəcəyim texnika ilə dəyərlərini yəni ehtiyaclarını müəyyənləşdirib onları qarşılayıb daha məmnun və daha sevincli yaşamaq istəyirsənsə, səni “öz gücünü hiss et” adlı şəxsi inkişaf video kursuma dəvət edirəm. Çünki kursun 4 dərsindən birini sırf dəyərlər mövzusuna ayırmışam. Burada siz dəyərləri prinsip və inanclardan fərqləndirən 3 əsas xüsusiyyətlə tanış olmaqla yanaşı, öz dəyərlərini müəyyənləşdirmək üçün xüsusi və özüm nümayiş etdirdiyim texnikanı, ev tapşırığını əldə edəcəksən. Digər 3 dərs də bu dərsdən az dəyişməyəcək sənin həyatını 😉
