Başqaların ehtiyaclarını qarşılamağın sonu gəldi. İNDİ NÖVBƏ ÖZÜNÜNDÜR!
Daim müxtəlif tələblər və məsuliyyətlərlə yükləndiyimiz bu dünyamızda özümüzlə və həqiqi istəklərimizlə əlaqəni itirmək çox asandır. Çox vaxt bizim üçün vacib və həqiqətən ehtiyacımız olan şeyləri bir çox xarici təsirlər və gözləntilərlə qarışdırırıq. Ancaq yüksək rifahımız və özümüzü gümrah hiss etməyimizin əsasını ehtiyaclarımızı dərk etmək və qarşılamaq təşkil edir.
Təsadüfi deyil ki, ətrafda gördüyümüz məmnun insanlar ehtiyacları qarşılandığı üçün belə gümrah görəsnirlər.
Ehtiyaclarımızı aşkar etmək həqiqi özünü dərk etmək üçün də açardır. Bizim üçün nəyin vacib olduğunu başa düşdükdə, əsl ehtiyaclarımızı tam olaraq nələrin və kimlərin ödəyə biləcəyni görməyə başlayırıq. Bu proses bizə daha şüurlu qərarlar qəbul etməyə və daha məmnun həyat qurmağa imkan verir.