Ehtiyaclarını müəyyənləşdirmək.

Başqaların ehtiyaclarını qarşılamağın sonu gəldi. İNDİ NÖVBƏ ÖZÜNÜNDÜR!

Daim müxtəlif tələblər və məsuliyyətlərlə yükləndiyimiz bu dünyamızda özümüzlə və həqiqi istəklərimizlə əlaqəni itirmək çox asandır. Çox vaxt bizim üçün vacib və həqiqətən ehtiyacımız olan şeyləri bir çox xarici təsirlər və gözləntilərlə qarışdırırıq. Ancaq yüksək rifahımız və özümüzü gümrah hiss etməyimizin əsasını ehtiyaclarımızı dərk etmək və qarşılamaq təşkil edir.
Təsadüfi deyil ki, ətrafda gördüyümüz məmnun insanlar ehtiyacları qarşılandığı üçün belə gümrah görəsnirlər.

Ehtiyaclarımızı aşkar etmək həqiqi özünü dərk etmək üçün də açardır. Bizim üçün nəyin vacib olduğunu başa düşdükdə, əsl ehtiyaclarımızı tam olaraq nələrin və kimlərin ödəyə biləcəyni görməyə başlayırıq. Bu proses bizə daha şüurlu qərarlar qəbul etməyə və daha məmnun həyat qurmağa imkan verir.

Ehtiyaclarımızı necə müəyyənləşdirək ? – Ətraflı izah

Oxumağa dava et Ehtiyaclarını müəyyənləşdirmək.

Dəyişiklik üçün 3 addımlıq universal formula

Hər kəsə salam. Bu yazıda maddi və ya mənəvi olmasından asılı olmayaraq, həyatınızda istənilən növ dəyişikliyi etməyə uyğu gələn univeral formulanı bölüşəcəyəm. Ən əsası isə hər bir addım üçün sizə praktiki çalışma da təklif edəcəyəm. Mən bu formulanı bəzən müştərilərim ilə individual koçluq seanslarında da istifadə edirəm.

Oxumağa dava et Dəyişiklik üçün 3 addımlıq universal formula

Stress qorxu həyəcan

Stress və qorxudan yaranan narahatlıq hissi fizioloji cəhətdən demək olar ki, həyəcan hissi ilə eynidir. Hər iki duyğu mədədə yüksək ürək dərəcəsi və kəpənək hissi yaradır. Hər ikisi sizi tərlədə bilər. Bədəniniz hərəkətə hazırlaşır. Amma hisslər fərqlidir.

Oxumağa dava et Stress qorxu həyəcan

Şəxsi inkişafa nədən başlayım ? 10 məsləhət

Özünü inkişaf bütün istiqamətlərdə öz üzərində işləmə prosesidir: fiziki, mənəvi, peşəkar, sosial. Özünü təkmilləşdirmək sizə yeni şəraitə uyğunlaşmağa və çətinlikləri dəf etməyə, motivasiya və istəklərinizi başa düşməyə, hədəflər qoymağa və onlara çatmağa kömək edir.

Oxumağa dava et Şəxsi inkişafa nədən başlayım ? 10 məsləhət

Motivasiya sözleri – 25 seçmə

Motivasiya sözləri sizi ruhlandırır və hərəkətə təşviq edir

Bu səbəbdən 25 seçmə motivasiya edici sözleri szinlə bölüşürük.

  1. “Xəyallarınızı həyata keçirin, yoxsa kimsə onları həyata keçirmək üçün sizi işə götürəcək.” Farrah Qrey
  2. “Məqsədə çatmaq üçün getmək lazımdır”. Onore de Balzak
  3. “Biz özümüz dünyada görmək istədiyimiz dəyişikliklər olmalıyıq.” Mahatma Qandi
  4. “Maneeler gözünüzü hədəfinizdən ayırdığınız zaman gördüyünüz qorxulu şeylərdir.” Henri Ford
Oxumağa dava et Motivasiya sözleri – 25 seçmə

Motivasiya edici filmlər – 10 ən yaxşı film

Motivasiya edici filmlər – 10 ən yaxşı film

Ohayo Universitetinin tədqiqatçılarının araşdırmasına görə, motivasiya edici filmlərə baxmaq tamaşaçıların özlərini daha inamlı hiss etmələrinə və müəyyən həyat problemlərinin öhdəsindən gəlməyə hazır olmasına kömək edir, həmçinin onları özlərini inkişaf etdirməyə həvəsləndirir. Məsələn, ən çox sevdikləri motivasiya filmlərini xatırlayarkən, tədqiqat iştirakçılarının əksəriyyəti layihələrin onlara “həyatın çətinliklərinin bir səbəbdən yarandığını hiss etməyə” kömək etdiyini və filmlərin “cəsarətlə çətin vəziyyətlərin öhdəsindən gəlməyi” asanlaşdırdığını söylədi.

Bu gün sizin üçün şəxsən izlədiyim və bəyəndiyim ruhlandırıcı və motivasiya edici 10 film tövsiyyəsi etmək istəyirəm

Oxumağa dava et Motivasiya edici filmlər – 10 ən yaxşı film

Sağlam düşüncə tərzi haqqında

Sağlam düşüncə nədir?

Sağlam düşüncə tərzi haqqında danışdıqda ilk öncə qeyd etmək lazımdır ki, sağlam düşüncə pozitiv düşüncə demək deyil! Heç kim hər zaman hər şeyə müsbət baxa bilməz. Bəzən işdən qovulmaq, kiminləsə anlaşa bilməmək və ya sevilən birini itirmək kimi xoşagəlməz şeylər olur. Bunlar baş verdikdə əsəbləşmək və ani olaraq neqativ düşüncələrə sahib olmaq qəbul edilməz birşey deyil. Sağlam düşüncə baş verən bütün hadisələrə mahiyyətindən əlavə məna yükləmədən neytral baxmaq deməkdir.

Oxumağa dava et Sağlam düşüncə tərzi haqqında